Qərbi Afrika ölkələri ümumi pasport sisteminə keçməyi planlaşdırır
Qərbi Afrika ölkələri Mali, Niger və Burkina Fasodan ibarət Sahel Dövlətləri Alyansı öz aralarında əməkdaşlıq və təhlükəsizliyi artırmaq üçün ortaq pasport sistemi tətbiq edəcəklərini açıqlayıb. AES-in prezidenti və Malidəki keçid hökumətinin lideri Assimi Goita Alyansın yaradılmasının birinci ildönümü ilə əlaqədar verdiyi açıqlamada üç ölkə arasında hərəkətliliyi asanlaşdıracaq birgə biometrik pasport tətbiqini işə salacaqlarını söyləyib.
Bölgədə terror qruplaşmalarına qarşı mühüm nailiyyətlər əldə etdiklərini qeyd edən Qoita Alyansın regional tərəfdaşlarla yanaşı, beynəlxalq tərəfdaşlarla da danışıqlara açıq olduğunu bildirib.
"Üç ölkə arasında əməkdaşlıq terrorçu qrupları əhəmiyyətli dərəcədə zəiflətməklə yanaşı, həm də regionda təhlükəsizliyin artırılmasına töhfə verib" -deyən Qoita birgə televiziya kanalı yaradacaqlarını da bildirib.
Xatırladaq ki, Mali, Niger və Burkina Faso keçən il Qərbi Afrika Dövlətlərinin İqtisadi Birliyindən çıxaraq Sahel Dövlətləri Alyansını (AES) qurublar. Üç ölkə iyulun 6-da Nigerin paytaxtı Niameydə ilk sammitini keçirib. Sammitdə 3 ölkədən ibarət “Sahel Dövlətləri Konfederasiyası”nın yaradılması ilə bağlı ortaq bəyannamə imzalanıb və Mali prezidenti Assimi Qoita 1 il müddətinə AES-in müddətli prezidenti seçilib.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...