Qaradənizdə mina təhlükəsinə qarşı memorandum sabah İstanbulda imzalanacaq
Türkiyənin liderliyində,Rumıniya və Bolqarıstanın da qatıldığı “Üçlü Təşəbbüs” çərçivəsində sabah İstanbulda “Qaradəniz Minalara Qarşı Tədbirlər İş Qrupu Memorandum”u imzalanacaq.
Bu çərçivədə Rumıniyanın müdafiə naziri Anqel Tilvar və Bolqarıstanın müdafiə nazirinin müavini Atanas Zapryanov və Türkiyənin milli müdafiə naziri Yaşar Gülərl anlaşma memorandumunu imzalayacaq.
Qeyd edək ki, 2022-ci ilin fevralında Ukraynada başlayan müharibədən sonra Qaradəniz ölkələri bu müharibədən təsirlənməyə başladı.26 Mart 2022-ci il tarixindən etibarən Hərbi Dəniz Qüvvələri Komandanlığı tərəfindən dəniz patrul təyyarələri, pilotsuz uçuş aparatları, Tuzla sinif patrul gəmiləri, mina ov gəmiləri, çevik reaksiya gəmiləri, sahil müşahidə radarları və elektrooptik sistemlərlə mina müşahidə fəaliyyətləri fasiləsiz olaraq davam etdirilir.
Hərbi Dəniz Qüvvələri tərəfindən görülən tədbirlərə əlavə olaraq, Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə başladılan işlər ilə Qaradənizdə minaların sürüklənməsi təhlükəsinə qarşı Rumıniya və Bolqarıstan ilə “Minalara Qarşı Tədbirlər İş Qrupu”nun yaradılmasına dair razılıq əldə edilib. Dəniz və texniki heyətlər səviyyəsində danışıqlara keçən sentyabr ayında başlanıb.
Qaradənizdə gəmiçilik təhlükəsizliyinə töhfə verməyi nəzərdə tutan qrupun heç bir ölkə və ya struktura qarşı və ya ona alternativ olaraq yaradılmadığı, yalnız müdafiə məqsədi ilə yaradıldığı qeyd edilir.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...