22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Qarabağ Regional DOST Mərkəzindəki “RehaPoint” Məntəqəsində 750-dən çox şəxsə reabilitasiya xidmətləri göstərilib

03-07-2024
IMG

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi Bərdə şəhərindəki Qarabağ Regional DOST Mərkəzindəki “RehaPoint” – Ambulator Reabilitasiya Məntəqəsində bölgə sakinlərinə ambulator reabilitasiya xidmətlərini davam etdirir.

Fhnews.az xəbər verir ki, Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, ötən il dekabrın 1-dən fəaliyyətə başlayan məntəqədə indiyədək 750-dən çox şəxs reabilitasiya xidmətləri ilə təmin olunub.

Məntəqədə əlilliyi olan şəxslərə ambulator formada müalicəvi bədən tərbiyəsi, əmək terapiyası, psixoloq və loqoped xidmətləri göstərilir.

Eyni zamanda, əlilliyi olan şəxslərin ehtiyac duyduqları reabilitasiya vasitələri ilə təminatı həyata keçirilir. Ötən dövrdə “RehaPoint” – Ambulator Reabilitasiya Məntəqəsində əlilliyi olan şəxslərə 300-dən çox reabilitasiya vasitəsi də verilib.

Paylaş: