Qarabağ Regional DOST Mərkəzindəki “RehaPoint” Məntəqəsində 200-dək şəxsə reabilitasiya xidmətləri göstərilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi Bərdə şəhərindəki Qarabağ Regional DOST Mərkəzində “RehaPoint” – Ambulator Reabilitasiya Məntəqəsində bölgə sakinlərinə ambulator reabilitasiya xidmətlərini davam etdirir.
Fhnews.az xəbər verir ki, Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, məntəqədə əlilliyi olan şəxslər ambulator formada müalicəvi bədən tərbiyəsi, əmək terapiyası, psixoloq və loqoped xidmətləri, habelə ehtiyac duyduqları reabilitasiya vasitələri ilə təmin olunur. Ötən il dekabrın 1-dən fəaliyyətə başlayan məntəqədə indiyədək 200-dək şəxsə xidmətlər göstərilib.
Yaradılacaq digər regional DOST mərkəzlərində də “RehaPoint” Məntəqəsi qurulacaq.
Braziliya rəsmisi: Meşələrin qorunması...
Qətər rəsmisi: Azərbaycanla əlaqələr...
Audiovizual Şura platforma...
COP29-da Ermənistanın ərazilərimizdə...
COP29 çərçivəsində SPECA İqlim Ağıllı...