Qar və çovğun səbəbindən Qazaxıstanın 9 vilayətində yollar bağlanıb
Əlverişsiz hava şəraiti ilə əlaqədar Qazaxıstanın doqquz vilayətində avtomobil yolları bağlanıb.
Fhnews.az Kazinform agentliyinə istinadla xəbər verir ki, bu barədə “QazAvtoJol” səhmdar cəmiyyətinin mətbuat xidməti məlumat yayıb.
Fevralın 17-si saat 09:30-a olan məlumata görə, hava şəraitinin pisləşməsi, qar, çovğun, külək və məhdud görüntü ilə əlaqədar Qazaxıstanın doqquz vilayətindən keçən respublika əhəmiyyətli 16 yolda avtomobillərin hərəkətinə məhdudiyyətlər tətbiq edilib.
Hazırda avtomobil yollarında nəqliyyatın hərəkətinin bərpa edilməsi üzrə işlərə 336 texnika və 539 nəfər cəlb olunub.
Qazaxıstan FHN-in bu gün yaydığı məlumata görə, qarlı yollarda qalmış sərnişinlərin təxliyəsi yekunlaşıb. On doqquzu uşaq olmaqla, ümumilikdə 381 nəfər qar “əsirliyindən” xilas edilib. Bir gün əvvəl isə Abay vilayətinin Kökpektinski rayonunda sərnişinlərin evakuasiyası üçün helikopterlərdən istifadə olunub. Avtomobildəki dörd nəfərin donvurmadan əziyyət çəkdiyi bildirilir.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...