22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Qanda şəkərin yüksəlməməsi üçün qida ardıcıllığına önəm verilməlidir

13-02-2024

Fransalı biokimyaçı və sağlam qidalanma üzrə kitabın müəllifi Cessi İnşospe bildirib ki, qanda qlükozanın sabitliyi üçün ərzaq məhsullarından müəyyən qaydada istifadə etmək lazımdır. Əvvəlcə tərəvəzlər, sonra zülal və yağlar, sonda isə karbohidratlar yeyilməlidir.

Fhnews.az “Health News”a istinadla xəbər verir ki, adətən qanda qlükozanın miqdarı hər yemək qəbulundan sonra yüngülcə qalxır. Bu, mədəaltı vəzinin insulyar aparatının təbii mexanizmidir. Lakin bəzi hallarda şəkərin qalxması müntəzəm baş verir. Bu isə maddələr mübadiləsinin pozulması və şəkərli diabetdən xəbər verir.

İnşospe qlükozanın dövri yüksəlməsini aradan qaldırmaq və şəkərin miqdarını azaltmaq üçün yeməyin ardıcıllığına fikir verməyi məsləhət görür. Biokimyaçı əvvəlcə tərəvəzləri, sonra zülal və yağları (ət, dəniz məhsulları, toyuq), axırda karbohidratları (yarmalar, makaron məmulatları) yeməyi tövsiyə edir.

Paylaş: