Qəmər adalarında vəba: Madaqaskar dəniz əlaqələrini dayandırıb
Qəmər adalarında vəba xəstəliyinin yenidən artması Madaqaskar Nazirlər Şurasını bu adalarla dəniz əlaqələrini dayandırmağa vadar edib.
Fhnews.az xəbər verir ki, Madaqaskar və Qəmər adaları arasında dəniz nəqliyyatı yenidən dayandırılıb.
Qərar Nazirlər Şurasında Şərqi Afrika və Afrika Buynuzu bölgəsində vəba xəstələrinin sayının artması ilə bağlı səhiyyə orqanlarının göndərdiyi hesabatdan sonra qəbul edilib. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hesabatına görə, Qəmər adaları arxipelaqında, xüsusilə də Nqazidya adasında yoluxma hallarının sayında artım muşahidə olunub.
Naməlum müddət ərzində Qəmər adalarından gələn sərnişinlərin Madaqaskara daxil olması qadağan edilib. Bununla yanaşı, Mahajanqa dəniz, hava limanında riskli bölgələrdən gələn səyahətçilərlə bağlı nəzarət gücləndirilib və sağlamlıq tədbirləri aparılır. Adaya yalnız strateji yük gəmilərinin daxil olmasına icazə verilir. Lakin onların ekipajının Madaqaskara daxil olmasına icazə verilmir.
Qəmər adalarında vəba epidemiyasının başlanğıcında tətbiq edilmiş bu tədbir avqustun 28-də ləğv edilsə də, yoluxma sayı artdığından yenidən tətbiq edilib. Adalara məxsus 250 sərnişini olan “Acadie” gəmisi Mahajanqa sahillərində qalıb. Gəminin kapitanı malqaş hakimiyyətinin dəniz sərhədlərini bağlamaq qərarına gəldiyi qərardan xəbərsiz olduğunu bildirib.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...