22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Qədim Yunanıstanın ən mühüm adalarından biri 50 il ərzində su altında qala bilər

13-06-2024
IMG

Bir vaxtlar dünyanın ticarət mərkəzi Qədim Yunanıstanın ən əhəmiyyətli mədəni irslərindən biri olan Delos adası 50 il ərzində su altında qala bilər. Delos 2 min illik tikililəri ilə Hellenistik və Roma dövrlərindən xəbər verir. Lakin iqlim böhranının təsiri ilə dəniz səviyyəsinin qalxması adayı tamamilə su altında qoya bilər. 

Təxminən 150 ildir adada qazıntı işləri aparan Afina Fransız Məktəbinin prezidenti Veronique Chankovskinin fikrincə, Delos təxminən 50 ildən sonra yox ola bilər. Mütəxəssislər iqlim böhranının buradakı strukturlara təsir etməyə başladığını vurğulasa da, Çankovski son 10 ildə adanın bəzi bölgələrində dəniz səviyyəsinin 20 metrə qədər yüksəldiyini söyləyir.

Mütəxəssislər deyirlər ki, temperaturun və rütubətin artması bu tarixi əsərlərin kimyəvi tərkibinə də təsir edə bilər və quruluşunu korlaya bilər.
Məskunlaşmanın eramızdan əvvəl 3000-ci ildə başladığı Delos eramızdan əvvəl II əsrdə Roma hakimiyyəti dövründə dünyanın ticarət mərkəzinə çevrilib.

Bu dövrdə 30 min əhalisi olduğu düşünülən ada eramızdan əvvəl 1-ci əsrdə iki dəfə hücuma məruz qaldıqdan və talan edildikdən sonra zamanla sakinlərini itirib.

Qədim yunanların inancına görə bu adada işıq, sənət və müalicə tanrısı Apollon və onun bacısı ov ilahəsi Artemida doğulub.Delosdakı Apollon məbədinin eramızdan əvvəl 9-cu əsrdə tikildiyi təxmin edilir.

Adanı Ümumdünya İrs Siyahısına daxil edən UNESCO -nun məlumatına görə, Delos eramızın 7-ci əsrindən bəri burada məskunlaşma olmaması və uzaq yerləşməsi sayəsində əsrlər boyu qorunub saxlanılıb.

Adadakı bəzi divarlar hazırda taxta tirlərlə bağlandığını deyən  Çankovski daha əhatəli müdaxilələrə ehtiyac olduğunu əlavə edib.

Paylaş: