Qədim Pompeydə yeni arxeoloji tapıntılar
Arxeoloqlar Qədim Roma imperiyanın Pompey şəhərində təxminən 2000 il əvvəl baş verən vulkan püskürməsinin daha iki qurbanının qalıqlarını aşkar ediblər.
Fhnews.az “Reuters” agentliyinə istinadla xəbər verir ki, Pompey arxeoloji ekspedisiyasının açıqlamasına görə, vulkan püskürməsi zamanı yenidən qurulan villanın kiçik, müvəqqəti yataq otağında bir kişi və bir qadının skeleti tapılıb. Qadın sümükləri çarpayıda uzanmış vəziyyətdə olub, ətrafında qızıl, gümüş və bürünc sikkələr, qızıl və mirvari sırğalar da daxil olmaqla zinət əşyalar aşkarlanıb. Kişi skeleti isə çarpayının ayaq tərəfindədir.
Neapol yaxınlığındakı bir vaxtlar çiçəklənən Pompey şəhəri və ətraf kəndlər eramızdan əvvəl 79-cu ildə Vezuvi dağında püskürən vulkanik külün altında qalıb. Bu hadisə Avropanın ən böyük vulkanlarından birinin altında yaşadıqlarını bilməyən minlərlə romalının ölümünə səbəb olub. Qalın kül təbəqəsinin altında qalan şəhərdə uzun illərdir ki, sakinlərin və binaların qalıqları aşkar edilir. Tapılan ən son qurbanlar kiçik otağı sığınacaq kimi seçiblər və qapını bağlayaraq onların qaçmasına mane olan qaya parçalarından xilas olmağa çalışıblar.
Arxeoloqlar bildirirlər ki, son tapıntı əvəzsiz antropoloji faktları təhlil etmək və qədim Pompey sakinlərinin gündəlik həyatı ilə bağlı əlavə məlumat almaq imkanı verir.
Qeyd edək ki, XVI əsrdə yenidən kəşf edilən qədim Pompey şəhəri son illərdə arxeoloji ekspedisiyanın ən məhsuldar işlədiyi tarixi məkandır.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...