Qədim Misirdən qalma qəribə qoyun buynuzları arxeoloqları çaşdırıb
Arxeoloqlar qədim Misir qəbiristanlığında deformasiyaya uğramış qəribə qoyun kəllələri tapıblar və bu, insanların mal-qaranın buynuzlarını dəyişdirməsinin ən qədim nümunəsini ortaya qoyub.
Tədqiqatçılar həmçinin Yuxarı Misirdəki Hierakonpolis qəbiristanlığında təxminən eramızdan əvvəl 3700-cü ilə aid ən azı altı iri, erkək qoyunun qalıqlarını tapıblar.
Alimlər bildirirlər ki, qalıqları çıxarılan qədim qoyunların buynuzları təbii halında olduğu kimi yana çevrilməyib.
Tədqiqatda iştirak edən belçikalı alimlər bunun əvəzinə buynuzların yuxarıya doğru yönəldiyini, bəzi qoyunlarda isə buynuzların tamamilə çıxarıldığını deyiblər.
Bu gün heyvanların bir-birinə qarşı təhlükəsizliyini təmin etmək və onların idarə edilməsini asanlaşdırmaq üçün bütün dünyada təsərrüfat heyvanlarının buynuzları dəyişdirilir.
Əvvəlki tədqiqatlar bu təcrübənin tarixini Qədim Misirə aid olduğunu desə də, onun dəqiq mənşəyi hələ də sirr olaraq qalır.
Bildiyimiz kimi, Qədim Misir əkinçilik cəmiyyəti olub, mal-qara və qoyunlardan fironlar dövründə və hətta prenastik dövrə qədər istifadə olunub. Ət, sümük iliyi, yağ və süd məhsulları ilə təmin olunan iribuynuzlu mal-qara əhalinin qidaya olan tələbatının böyük hissəsini ödəyib. Ancaq bəzi qədim təsərrüfat heyvanlarının istədikləri işləri yerinə yetirmələri üçün onlarla nəinki idarə olunmalı, həm də bədənləri fiziki cəhətdən dəyişdirilməli idi.
Bu prosedurlardan biri heyvanın qəsdən və ya bilməyərəkdən idarəçisinə xəsarət yetirmə ehtimalını azaltmaq üçün mal-qara və qoyun buynuzlarının çıxarılması və ya dəyişdirilməsi idi.
Deformasiya olunmuş buynuzlu mal-qaranın ən qədim məlum bədii təsvirləri köhnə Krallıq dövrünə, təxminən eramızdan əvvəl 2686-cı ildən eramızdan əvvəl 2160-cı ilə qədər olan elitanın məzarında tapılmışdır.Son araşdırmada müəyyən edilən dəyişdirilmiş qoyun kəllələrinin daha yaşlı olduğu görünür.
Tədqiqatçıların fikrincə, Hierakonpolisdən olan bu qoyun qalıqları insanların mal-qaranın buynuzunu kəsməsi ilə bağlı ən qədim hadisəni və bu prosedurun qoyunlara tətbiq olunmasının ilk sübutunu təqdim edir.
Kəllə və buynuz özəyi qalıqlarının təhlili göstərir ki, qədim misirlilər qoyun buynuzlarını kökündən sındıraraq buynuzları yuxarıya doğru paralel etmək üçün onları bir-birinə bağlamışlar.Tapıntılar qədim misirlilərin buynuzların formalaşdırılması ilə artıq tanış olduğunu göstərir və bu təcrübənin Nil vadisində uzun bir tarixə malik olduğunu təsdiqləyir.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...