Qədim Misirdə məşhur stolüstü oyunun mənşəyi ortaya çıxıb
Tapıntılar göstərir ki, Xəzər sahilindəki mədəni əlaqələr bu oyun sayəsində əvvəllər düşünüldüyündən daha geniş regiona yayılıb. Qədim Misirdə məşhur olan İtlər və Çaqqallar stolüstü oyunu, ehtimal ki, Cənub-Qərbi Asiyada yaranıb, 4000 il əvvəl insanların qarşılıqlı əlaqələrinin oyunlar vasitəsilə necə təkamül etdiyinə dair ipuçlarını ortaya qoyan yeni bir araşdırma kəşf edib.
Arxeoloqlar müasir Azərbaycanın müxtəlif qazıntı sahələrində eramızdan əvvəl 2000-ci ilə aid qədim oyuna aid qayaüstü təsvirləri aşkar ediblər. Bu, oyunun erkən dövrlərdə rayonda maldarlar arasında yayıldığını göstərir. Bu oyma əvvəllər Qədim Misirdə eramızdan əvvəl 2064-1952-ci illərdə vəfat etmiş bir dövlət məmurunun məzarında aşkar edilmiş ən qədim oyun nümunəsi ilə eyni dövrə aiddir.
Tədqiqatçıların fikrincə, bəzi oyunların Qədim Çağda müəyyən dövrlərdə bölgələr arasında geniş yayılması onu göstərir ki, bu oyunlar bir-biri ilə müntəzəm qarşılıqlı əlaqədə olan mədəniyyətlərin bağlanmasına imkan verib.
Ehtimal olunur ki, 58 dəlikli oyun Misir və Cənub-Qərbi Asiya arasında təxminən eramızdan əvvəl 2000-ci ildə bu funksiyanı yerinə yetirib, çünki bu, bölgədə oynanan yeganə oyun olub.
58 dəlik də adlandırılan iki nəfərlik oyun çaqqal və it başlarına bənzəyən mismarvari daşların deşikli taxtanın üzərinə qoyulması ilə oynanılır. Lövhədə ortada 10 dəlik və xətlərin ətrafında qövsdə 38 deşik olan iki paralel xətt var. Bəzi deşiklər aydın şəkildə qeyd olunur və ya bir xətt ilə birləşdirilir.
Oyunun müxtəlif versiyalarının Orta Tunc dövründən Dəmir dövrünə qədər min ildən artıq bir müddətdə məşhur olduğu aşkar edilmişdir. Hazırda Misir, Levant, Mesopotamiya, İran və Anadolunu əhatə edən geniş bir bölgədə oyunun 70 lövhəsi tapılıb və tapıntılar oyunun ortaya çıxmasından qısa müddət sonra geniş şəkildə oynanıldığını göstərir.
Tədqiqatçılar Ağdaşdüzündə üç, Çapmalı, Yeni Türkan və Dübəndidə bir ədəd olmaqla Azərbaycandakı arxeoloji ərazilərdə daha 6 yeni taxta dizaynı aşkar edib.
Bu qazıntı sahələrinin orta tarixləri müəyyən edilib. Arxeoloqlar Ağdaşdüzüdəki lövhənin eramızdan əvvəl 2000-ci illərə, digər üçünün isə eramızdan əvvəl 3000-ci illərin ikinci yarısı və 2000-ci illərin birinci yarısına aid ola biləcəyini təxmin edirlər.
“European Journal of Archeology” akademik jurnalında dərc olunan son tapıntılar oyunun ilk dəfə Misirdə deyil, Cənub-Qərbi Asiyada ortaya çıxdığını göstərir. Tədqiqatçılar bu oyun sayəsində Xəzər sahilləri ilə mədəni əlaqələrin əvvəllər düşünüldüyündən daha geniş regiona yayıldığını irəli sürürlər.
Onlar deyirlər ki, kəşf Asiya regionunun cənubdakı cəmiyyətlərlə əlaqəsini və oyunun müxtəlif mədəniyyətlər və sosial-iqtisadi qruplar arasında populyarlığını göstərir.
Elm adamları deyirlər ki, mənşəyindən asılı olmayaraq, 58 dəlikli oyun Misirdəki Orta Krallıqdan Qafqazın maldarlarına, Anadoludakı Qədim Assur tacirlərindən tutmuş Orta Krallığın piramidalarını inşa edən işçilərə qədər çox müxtəlif insanlar tərəfindən tez mənimsənilib və oynanılıb.
Oyunun sürətlə yayılması sosial sərhədləri aşmaqda və qarşılıqlı əlaqəni asanlaşdırmaqda oyunların rolunu sübut edir.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...