Qədim dövrlərə aid Yunan tanrısı heykəli su qovşağından tapılıb
Bolqarıstanın cənub-qərbindəki Heraklea Sintica antik şəhərində qazıntı aparan arxeoloqlar bu həftə mərmər heykəl tapıblar. Yaxşı qorunan heykəlin Qədim Yunan tanrılarından biri olan Hermesi təsvir etdiyi güman edilir.
Hazırkı Bolqarıstanda, Yunanıstan sərhədinə yaxın olan Heraklea Sintica Makedoniya kralı II Filip tərəfindən eramızdan əvvəl 356-339-cu illər arasında qurulmuşdur. Alimlər bildirirlər ki, şəhər eramızın 4-cü əsrinin sonlarında baş verən zəlzələ nəticəsində böyük ölçüdə dağılıb. Təbii fəlakətdən sonra sürətlə dağılan Heraclea Sintica eramızdan əvvəl 500-cü ildə tamamilə tərk edilib.
Yeni qazıntıları aparan qrup təxminən 2 metr hündürlüyündə olan heykəlin zəlzələdən sonra su qovşağına qoyularaq üstünü torpaqla örtməklə çox yaxşı qorunduğunu düşünür.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...