Qəbələdə birgə masaüstü təlim keçirilib
Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzinin təşkilatçılığı və Avropa İttifaqının “Təbii və texnogen xarakterli fəlakətlərin qarşısının alınması, hazırlıq və cavab tədbirləri” üzrə Şərq proqramının 3-cü fazasını (PPRD East3) təmsil edən İsveç Mülki Müdafiə Agentliyi (MSB), İtaliya Qızıl Xaç Cəmiyyəti (CRI), İtaliyanın CIMA Tədqiqat Fondu və Slovakiya Respublikasının Daxili İşlər Nazirliyinin tərəfdaşlığı ilə “Erkən xəbərdarlıq – erkən fəaliyyət yanaşması nəzərə alınmaqla, yerli səviyyədə fəlakətlərin idarə edilməsi imkanlarının qiymətləndirilməsi” mövzusunda masaüstü təlim keçirilib.
Təlimin keçirilməsində əsas məqsəd meşə yanğınları ssenarisi əsasında qərarvermə, əlaqələndirmə, məlumat mübadiləsi mexanizmləri nəzərə alınmaqla, yerli səviyyədə fəlakətlərin idarə edilməsi imkanlarının bir daha sınaqdan keçirilməsi olub.
Tədbirdə Fövqəladə Hallar Nazirliyinin aidiyyəti strukturlarının əməkdaşları, İsveç, İtaliya və Slovakiyanın uyğun qurumlarının mütəxəssisləri, Daxili İşlər Nazirliyi Qəbələ Rayon Polis Şöbəsinin, “Qəbələ Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq yerli qurumlarının, Azərbaycan Dövləti Su Ehtiyatları Agentliyi Qəbələ suvarma sistemləri idarəsinin, Qızıl Aypara Cəmiyyətinin, Qəbələ Rayon İcra Hakimiyyəti və bələdiyyələrin səlahiyyətli şəxsləri iştirak edib.
Təlim zamanı transsərhəd təsirlər və risklər də əhatə olunmaqla, meşə yanğınları risklərinin idarə edilməsi bacarıqları qiymətləndirilib, habelə innovativ texnologiyalara əsaslanan erkən xəbərdarlıq sistemlərinin tətbiqi imkanları, meşə yanğınlarının qarşısının alınması və cavab tədbirlərində könüllü icma qruplarının rolunun səmərəliliyi nəzərdən keçirilib, qeyd edilən sahələrdə müvafiq beynəlxalq tərəfdaşlarla qarşılıqlı təcrübə mübadiləsi aparılıb.
Braziliya rəsmisi: Meşələrin qorunması...
Qətər rəsmisi: Azərbaycanla əlaqələr...
Audiovizual Şura platforma...
COP29-da Ermənistanın ərazilərimizdə...
COP29 çərçivəsində SPECA İqlim Ağıllı...