Prezidentin Mətbuat Xidmətinin məlumatı
Pakistan İslam Respublikasının Prezidenti Asif Əli Zərdari iyunun 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Asif Əli Zərdari dövlətimizin başçısını, dost və qardaş Azərbaycan xalqını müqəddəs Qurban bayramı münasibətilə təbrik edib.
Göstərilən diqqətə və təbriklərə görə minnətdarlığını bildirən Azərbaycan Prezidenti, öz növbəsində, bayram münasibətilə dost və qardaş Pakistan xalqına təbriklərini və sülh, əmin-amanlıq arzularını çatdırıb.
Telefon söhbəti zamanı dövlət başçıları əlaqələrimizin müxtəlif sahələrdə inkişaf perspektivlərini müzakirə edib və ikitərəfli münasibətlərimizin daha da yüksək səviyyəyə qaldırılması barədə razılığa gəliblər.
Pakistan Prezidenti COP29-un ölkəmizdə keçirilməsi münasibətilə dövlətimizin başçısını təbrik edib və Prezident İlham Əliyevi Pakistana rəsmi səfərə dəvət edib.
Azərbaycan Prezidenti dəvəti məmnunluqla qəbul edib.
Prezident İlham Əliyev Millətlər Birliyi...
Prezident İlham Əliyev Palau Prezidenti...
Prezident İlham Əliyev Rusiyanın maliyyə...
Prezident İlham Əliyev ICESCO-nun Baş...
Prezident İlham Əliyev Kuala Lumpur...