Prezident Rəcəb Tayyib Ərdoğan: “Bölgədəki sülhü bölmək və ya sülhə kölgə salmaq heç doğru olmaz”.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-nın paytaxtı Vaşinqtonda Walter E. Konvensiya Mərkəzində keçirilən NATO Dövlət və Hökumət Başçıları Zirvə Toplantısından sonra mətbuat konfransı keçirib. Daha bir tarixi zirvəni uğurla başa vurduqlarını bildirən Ərdoğan bir çox regional münaqişələrə münasibət bildirib. Təxminən 2,5 ildir davam edən Rusiya-Ukrayna müharibəsinə qarşı müttəfiq olaraq beynəlxalq hüquqdan yana mövqe tutduqlarını xatırladan Ərdoğan fikirlərini belə ifadə edib:
"Əvvəlki sammitlərdə Ukrayna kontekstində qəbul etdiyimiz qərarları nəzərdən keçirdik. Biz həmçinin yeni konkret addımlar barədə razılığa gəldik. NATO-nun Ukraynaya təhlükəsizlik yardımı və təlimlərə dəstək təşəbbüsünü təsdiqlədik. Ukraynaya çoxillik maliyyə dəstəyi göstərməyi qərara aldıq.”
Prezident Ərdoğan NATO-nun Dövlət və Hökumət Başçıları Zirvə Toplantısının ilk iclasında alyansın müdafiəsi ilə bağlı məsələləri hərtərəfli məsləhətləşdiklərini vurğulayaraq bildirib ki, böhranların dərinləşdiyi, gərginliyin artdığı bir dövrdəyik. Hazırkı beynəlxalq vəziyyətdə Türkiyə həmişə olduğu kimi müttəfiqlərini müdafiə etməyə sadiqdir və üzərinə düşən öhdəlikləri yerinə yetirir.
NATO-nun Vilnüs Zirvə Toplantısında qəbul edilən qərarların həyata keçirilməsinin ittifaqın birliyi, bütövlüyü baxımından əhəmiyyətli olduğunu bildirən Ərdoğan "Ölkəmizin bu mövzuda həssaslığını və gözləntilərini bir daha gündəmə gətirdim. Terrorla mübarizə sahəsində birgə səylərin artırılması vacibdir. Bu kontekstdə Madrid və Vilnüs sammitlərində qəbul etdiyimiz qərarlara əməl etmək imkanımız oldu. Bildiyiniz kimi, biz keçən il NATO-nun terrorla mübarizə siyasəti prinsipləri sənədini yenilədik. Terrorla mübarizədə müttəfiqlər arasında əməkdaşlığı gücləndirmək lazımdır. 40 ildir ki, biz müttəfiqlərimizdən NATO-nun müəyyən etdiyi iki əsas təhlükədən biri olan terrorla mübarizədə həmrəylik gözləyirik. Finlandiya və İsveçin NATO-ya üzvlüyü prosesində qəbul etdiyimiz qərarlar və qurduğumuz daimi məsləhətləşmə mexanizmləri terror təhlükəsinin, xüsusilə PKK-nın ölçülərinin daha yaxşı başa düşülməsinə səbəb oldu. Ancaq bəzi müttəfiqlərimizin, xüsusilə PYD/YPG ilə, terror təşkilatı PKK-nın Suriyadakı uzantısı ilə qurduğu təhrif əlaqələri qəbul etməyimiz mümkün deyil. Bununla alyansın birliyinə və bütövlüyünə xələl gətirən bu yanlış siyasətlərdən əl çəkməyə çağırışımı təkrar edirəm”-deyib.
Ərdoğan NATO-nun cənubdakı tərəfdaşları ilə daha sıx koordinasiyada olması lazım olduğunu ifadə edərək bildirib ki, sammitin ilk iclasında NATO-nun cənuba yeni yanaşmasını əks etdirən mühüm qərarlar imzalanıb.
Türkiyə Prezidenti "Ermənistanla Azərbaycan arasında sülh sazişi bu ilin sonuna qədər imzalana bilərmi?" sualına "İndi mən deyil, cənab İlham Əliyev öz qərarını verəcək. Ürəyimiz onun imzalanmasını və Ermənistanla Azərbaycan arasında sülhün hökm sürməsini arzulayır. Ermənistanın baş naziri ilə görüşlərimizdə görürük ki, müsbət addımlar atılır. Qardaşım İlhamla görüşlərimdə də o, müsbət addımların atılmasının tərəfdarıyıq deyib.
Dünyanın və o bölgənin sülhə həsrət qaldığını bildirən Ərdoğan bu sülhü ən qısa zamanda görmək istədiklərini vurğulayıb.
"NATO-nun üzvü olan Fransa Ermənistanda aktiv silahlanma və revanşizm siyasəti aparır. Sülhlə bağlı səylərin artdığı bir vaxtda Fransanın Qafqaz siyasətini necə qiymətləndirərdiniz? sualına cavab olaraq isə Ərdoğan “Orada sülhü bölmək, ona kölgə salmaq düzgün olmaz”- deyib.
Fransa prezidenti Emmanuel Makronla görüşdüyünü xatırladan Ərdoğan əlavə edib ki, lazım olarsa, cənab Makronla bu məsələni müzakirə edəcəyik. Tezliklə yenidən görüşəcəyik. Regionda bəzi neqativ hallar olarsa, biz bunu onunla bölüşəcək”-deyib.
Türkiyə Prezidenti Qəzzada yaşanan münaqişəyə də səssiz qalmayıb. İsrailin hücumları nəticəsində əksəriyyəti qadın və uşaq olmaqla 40 minə yaxın günahsız insanın həyatını itirdiyinə diqqət çəkən Ərdoğan bu fikirləri bölüşüb:
"Təxminən 90 min yaralı var. Bütün təmaslarımda işğal altındakı Fələstin torpaqlarında, xüsusən də Qəzzada davam edən vəhşiliklərə diqqət çəkdim. İsrail problemə daimi həll yolu gətirmədikcə qlobal sülh və sabitlikdən söhbət gedə bilməyəcəyini vurğuladım.”
Sammitin ikinci sessiyasında Asiya-Sakit okean tərəfdaşları Avstraliya, Cənubi Koreya, Yaponiya və Yeni Zelandiyanın dövlət və hökumət başçıları ilə yanaşı, Avropa İttifaqı rəhbərliyinin də iştirak etdiyini vurğulayan Ərdoğan NATO ilə əlaqələrin necə olacağını müzakirə etdiklərini bildirib.
Qlobal böhranların təsirlərinin bu gün sərhəd tanımadığını vurğulayan Ərdoğan Asiya-Sakit okean bölgəsindəki tərəfdaşları ilə həm ikitərəfli səviyyədə, həm də NATO vasitəsilə siyasi dialoq və hərtərəfli əməkdaşlığı davam etdirmələrinin təbii olduğunu bildirib.
Bu əməkdaşlığın üçüncü bir ölkəni hədəf almadan və mümkün əməkdaşlıq imkanlarını istisna etməyəcək şəkildə ortaq dəyərlər oxu üzərində inkişaf etdirilməsi lazım olduğunu ifadə edən Ərdoğan dünyanın onsuz da kifayət qədər gərginlik yaşadığını və bunun heç bir mənası olmadığını bildirib.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...