Prezident İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti ilə görüşüb YENİLƏNİB
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 11-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel ilə görüşüb.
Fhnews.az xəbər verir ki, COP29-un Azərbaycanda keçirilməsi münasibətilə təbriklərini çatdıran və bununla bağlı uğurlar arzulayan Şarl Mişel bu tədbirdə iqlim dəyişmələri ilə əlaqədar vacib qərarların qəbul ediləcəyinə ümidvarlığını ifadə etdi.
O, Avropa İttifaqının gündəliyində də iqlim dəyişmələrinin prioritet və vacib mövzulardan biri olduğunu dedi.
Söhbət zamanı Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələrin inkişaf perspektivləri müzakirə olundu.
Dövlətimizin başçısı Prezident Şarl Mişelin Ermənistanla Azərbaycan arasında danışıqlar prosesində oynadığı vasitəçilik rolunun yüksək qiymətləndirildiyini qeyd edərək vurğuladı ki, məhz onun vasitəçiliyi dövründə Ermənistanla Azərbaycan arasında danışıqlar prosesinin strukturu və vacib istiqamətlər üzrə gündəliyi formalaşıb.
Prezident İlham Əliyev Millətlər Birliyi...
Prezident İlham Əliyev Palau Prezidenti...
Prezident İlham Əliyev Rusiyanın maliyyə...
Prezident İlham Əliyev ICESCO-nun Baş...
Prezident İlham Əliyev Kuala Lumpur...