22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Prezident Ərdoğan: Türkiyədə çevrilişlər, terror aktları kimi hadisələrin dövrü başa çatıb

27-05-2024
IMG

“Yassı ada” məhkəmələrində müxtəlif təzyiqlərə, insanlıqdan utandıran təhqirlərə, işgəncələrə məruz qalan üç dövlət xadimimizin hər birinin adı millətimizin qəlbinə şəhid, milli qəhrəman kimi yazılıb. Bu xalq mərhum Adnan Menderes və dostlarını minnətdarlıq, edamına mane ola bilmədiklərinə görə bir az da xəcalət hissi ilə xatırlayacaq. Xalqın adı ilə desək “Yaslı ada”nı verdikləri qərarlarla demokratiyamızın utanc və kədər adasına çevirənləri bu gün bir daha nifrətlə yad edirik. Aradan 64 il deyil, əsrlər keçsə belə, bu çevrilişi edənləri unutmayacağıq, bağışlamayacağıq.

Fhnevs.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin “Demokratiya və azadlıqlar adası”nda keçirilən “Türkiyə əsri konstitusiyası, mülki konstitusiya, güclü Türkiyə” mövzusunda simpoziumda çıxışı zamanı ifadə edib.

Tədbir 1960-cı il mayın 27-də ölkədə baş verən və Türkiyənin ozamankı Baş naziri Adnan Menderes, xarici işlər naziri Fatih Rüştü Zorlu və maliyyə naziri Hasan Palatkan ilə birlikdə 15 nəfərin edam edilməsi ilə nəticələnən dövlət çevrilişinə həsr olunub.

Həmin çevrilişinin addım-addım həyata keçirilən təxribatın nəticəsi olduğunu vurğulayan Prezident Ərdoğan edam edilən bu şəxslərin rəhbərliyi altında on il idarə edilən Türkiyə dövlətinin o vaxtlar mühüm işlərə imza atdığını, bu hadisədən sonra Türkiyə siyasətinin uzun illər qarışıqlıq, qeyri-sabitlik və özünə inamsızlıq burulğanından xilas ola bilmədiyini deyib.

Türkiyə Prezidenti “Yassı ada” məhkəmələrində verilən heç bir qərarın təsadüf olmadığını, Menderes və yoldaşlarının səlahiyyəti millətə vermənin əvəzini ödəməyə məcbur edildiyini bildirib.

Ədalət və İnkişaf Partiyasının (AK Parti) hakimiyyətdə olduğu ötən 22 il ərzində Türkiyənin siyasi tarixində ən çox çevriliş cəhdinə məruz qalan hökumət olduğunu qeyd edən Ərdoğan deyib: “Ən son 15 iyul çevriliş cəhdi ilə birbaşa bizi, ailəmizi, milli iradənin təzahürü olan Türkiyə Böyük Millət Məclisini və sevimli millətimizi hədəfə alacaq qədər gözləri dönmüşdü. Bütün bunlar baş verdi. Bunlardan başqa da bir çox gizli və aşkar cəhdlər olub”.

Türkiyədə çevrilişlər, terror aktları kimi ölkəni qarışdıracaq hadisələrin dövrünün artıq başa çatdığını vurğulayan Prezident Ərdoğan yeni konstitusiya ilə bu günədək əldə edilən bütün uğurları daha da irəliyə aparacaqlarını deyib.

Paylaş: