Prezident Ərdoğan Türkiyə - Hollandiya matçını Almaniyada izləyəcək
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan futbol üzrə Avropa çempionatının 1/4 final mərhələsində Türkiyə- Hollandiya matçını izləmək üçün Almaniyaya gedəcək.
Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin dövlət başçılarının 24-cü Zirvə toplantısında iştirak edən Rəcəb Tayyib Ərdoğan Qazaxıstana səfərindən qayıdarkən təyyarədə jurnalistlərə açıqlama verib.Dörddəbir final matçında milli futbolçu Merih Dəmiralın boz qurd işarəsini necə dəyərləndirməsi ilə bağlı suala cavab verən Ərdoğan UEFA-ya belə reaksiya verib:
"Kimsə deyir ki, almanların köynəyində qartal var? Kimsə deyir ki, fransızların formasında xoruz var, niyə xoruzlanırsan? Orda Merih bu görüntü ilə həyəcanını ifadə edib. Bunun üzərinə Xarici İşlər Nazirliyimiz rəsmiləri çağırıb və buna uyğun olaraq lazımi addımlar atılır, inşallah, bütün məsələ şənbə günü olacaq.Fövqəladə bir hadisə baş verməsə, meydanı qələbə ilə tərk edib növbəti mərhələyə keçəcəyik.”
Xatırladaq ki, UEFA İntizam Komitəsi qalmaqallı qərar çıxararaq milli futbolçu Merih Dəmirala AVRO-2024-ün son 16 turunda keçirilən Avstriya matçında boz qurd işarəsinə görə 2 oyunluq cəza verib.
Türkiyə Futbol Federasiyası qərara etiraz edib. Qərar dəyişdirilməsə, Merih Dəmiral Hollandiya ilə 1/4 final matçında və komanda qazanacağı təqdirdə yarımfinal matçında oynaya bilməyəcək.
Bu arada Almaniya kansleri Olaf Şolz prezident Ərdoğanın Türkiyə ilə Hollandiya arasında 1/4 final matçını izləməyə gəlməsindən məmnun olduğunu bildirib.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...