22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Pompeydə “Böyük Yeddiliyin” mədəniyyət sammiti təşkil olunacaq

12-09-2024
IMG

İtaliya “Böyük Yeddiliyə” (G7) sədrliyi çərçivəsində Pompey şəhərində bu ölkələrinin mədəniyyət sammiti keçiriləcək.

Fhnews.az xəbər verir ki, G7 ölkələrinin nümayəndə heyətləri sentyabrın 20-də Pompeydə arxeoloji qazıntı ərazilərinə baş çəkəcək, konsert proqramı təşkil olunacaq. Tədbirlərlə bağlı şəhərdə təhlükəsizlik tədbirləri gücləndirilib.

Xatırladaq ki, eramızın 79-cu ilində Vezuvi vulkanının püskürməsi Roma imperiyasının Pompey şəhərinin kül altında qalmasına və iki minədək insanın ölümünə səbəb olub. Neapol şəhərinin cənubundakı Pompey Arxeoloji Parkı UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib. Pompey İtaliyanın ikinci ən çox ziyarət edilən turizm bölgəsidir.

Paylaş: