22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Polşada daşqınlar səbəbindən minlərlə insan təxliyə olunur

18-09-2024
IMG

Polşada güclü daşqınlar səbəbindən minlərlə insanın təxliyəsi başlayıb.

Fhnews.az xəbər verir ki, bu barədə Polşanın milli müdafiə naziri Vladislav Kosinyak-Kamış sosial şəbəkədə yazıb.

Nazirin sözlərinə görə, artıq 4 min insan ordunun dəstəyi ilə təxliyə edilib. Hazırda daşqın bölgəsinə 14 min əsgər, o cümlədən qarətçilərə qarşı mübarizə üçün 500 hərbi jandarm göndərilib. Polşa ordusu, həmçinin su basmış binaları dezinfeksiya etmək üçün 300 mütəxəssisdən ibarət xüsusi bölmə formalaşdırır.

Anormal leysan yağışlar səbəbindən Polşanın cənubunda çaylar öz məcrasından çıxıb, bir sıra yaşayış məntəqələri su altında qalıb, ölənlər və xəsarət alanlar var. Polşa hökuməti daşqından zərər çəkmiş ərazilərdə təbii fəlakət rejimi tətbiq edib.

Paylaş: