Polşada avtobus qəzası nəticəsində 20 ukraynalı yaralanıb
Polşada sərnişin avtobusunun qəzaya uğraması nəticəsində 20 Ukrayna vətəndaşı xəsarət alıb.
Fhnews.az xəbər verir ki, bu barədə məlumatı Ukrayna Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Oleq Nikolenko açıqlayıb.
O, qəzaya uğrayan avtobusun Ukrayna şirkətinə məxsus olduğunu təsdiqləyib.
İlkin məlumata görə, müxtəlif dərəcəli bədən xəsarətləri alan 20 ukraynalı xəstəxanaya yerləşdirilib və onlara lazımi tibbi yardım göstərilir. Qalan sərnişinlər müvəqqəti qaldıqları yerə göndərilib.
“Ukraynanın Lyublindəki Baş Konsulluğu qəzanın bütün hallarını aydınlaşdırmaq üçün yerli hüquq-mühafizə orqanları ilə əlaqə saxlayır”, - deyə Oleq Nikolenko bildirib.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...