22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Polşa ukraynalı qaçqınlar üçün bəzi ödənişləri ləğv edəcək

20-06-2024
IMG

Polşanın hakimiyyət orqanları iyulun 1-dən ukraynalı qaçqınların özəl sektorda yerləşdirilməsi ilə bağlı ödənişləri ləğv etmək qərarına gəlib. Əvvəllər Ukraynadan olan qaçqınları öz evlərində yerləşdirən ev sahiblərinə hər qaçqın üçün gündə 40 zlotı (təxminən 10 dollar) ödənilirdi.

Fhnews.az IAR agentliyinə istinadla xəbər verir ki, eyni zamanda qaçqınların özlərinə ödənilən 300 zloti (təxminən 75 dollar) məbləğində birdəfəlik ödənişlər də dayandırılacaq.

Ödənişlərin ləğvini təklif edən Polşa hökuməti bunu sistemin etibarlılığının təmin edilməsində mövcud çətinliklərlə izah edib.

Qeyd edək ki, Polşa Daxili İşlər Nazirliyinin may ayına olan məlumatına görə, ölkədə yaşayan 950 mindən çox ukraynalı etibarlı qeydiyyata malikdir. BMT-nin proqnozuna əsasən, ilin sonunda Polşada ukraynalı qaçqınlarının sayı 1,1 milyon nəfəri ötəcək.

Paylaş: