22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Polşa-Ukrayna sərhədində bütün keçid məntəqələri açılıb

17-01-2024

Polşa-Ukrayna sərhədindəki bütün keçid məntəqələrində yük avtomobillərinin hərəkəti bərpa edilib.

Fhnews.az xəbər verir ki, bu barədə Ukrayna Dövlət Sərhəd Xidməti məlumat yayıb.

Məlumata görə, yanvarın 16-da yerli vaxtla saat 20:00-da polşalı yük daşıyıcılarının sərhəddəki etiraz aksiyaları dayandırılıb. Hər iki istiqamətdə yük maşınlarının qeydiyyatı və keçidi bərpa olunub.

Qeyd edək ki, yanvarın 16-da Polşanın İnfrastruktur Nazirliyi Ukrayna ilə sərhəddəki keçid məntəqələrinin blokadasına son qoymaq üçün yük daşıyıcıları ilə müqavilə imzalayıb. Tərəflər Polşanın nəqliyyat sahəsindəki problemlərinin həllinə və iki dövlət arasında beynəlxalq avtomobil daşımaları bazarında balansın bərpasına yönələn işləri davam etdirmək barədə razılığa gəliblər.

Paylaş: