Polşa Slovakiya ilə sərhəddə nəzarəti dayandıracaq
Polşa Daxili İşlər Nazirliyi qeyri-qanuni miqrasiya təhlükəsi azaldığına görə, şənbə günü gecə yarısı Slovakiya ilə sərhəddə nəzarəti dayandıracağını bildirib.
Fhnews.az “The Straits Times” qəzetinin saytına istinadla xəbər verir ki, Polşa, Çexiya və Avstriya oktyabrın 4-dən etibarən Slovakiya ilə sərhəddə nəzarət tədbirləri həyata keçirir.
“Bu qərar “Balkan marşrutu” adlanan tranzitdə miqrasiya vəziyyətinin sabitləşməsi və dövlət sərhədinin Polşa-Slovakiya hissəsində qeyri-qanuni miqrasiya təhlükəsinin aradan qalxması ilə əlaqədar olaraq qəbul edilib. Sərhəd əməkdaşlığı çərçivəsində miqrasiya vəziyyəti daimi olaraq izlənəcək və təhlükə artarsa, nəzarət fəaliyyəti yenidən bərpa olunacaq”, - deyə Polşa Daxili İşlər Nazirliyindən bildirilib.
Qeyd edək ki, Slovakiya Qərbi Avropaya, xüsusən də Almaniyaya getmək istəyən miqrantlar üçün tranzit ölkəyə çevrilib. Polşa, Slovakiya, Çexiya, Macarıstan və Avstriya “Şengen” zonasına daxildir.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...