22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Polşa Belarusla sərhəddə bufer zonası yaratmaq niyyətindədir

29-05-2024
IMG

Polşanın hakimiyyət orqanları Belarusla sərhəddə 200 metr enində bufer zonası yarada bilər.

Fhnews.az xəbər verir ki, Polşanın Baş naziri Donald Tusk bu barədə Belarusla sərhəddə sərhədçilər və hərbçilərlə görüşü zamanı təşkil olunan mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, müvafiq qərarın iyunun əvvəlində qəbul olunacağı gözlənilir.

Görüşdə iştirak edən Polşanın müdafiə naziri Vladislav Kosiniak-Kamış isə öz növbəsində Belarusla sərhəddə hərbçilərin sayının artırıldığını açıqlayıb.

Məlumata görə, 2024-cü ilin əvvəlindən bəri Belarusdan Polşaya 13 mindən çox qanunsuz keçid cəhdi qeydə alınıb.

Paylaş: