22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Plastik şüşələr həyat üçün təhlükəlidir

13-02-2024

Plastik şüşələr həyat üçün təhlükəlidir.

Fhnews.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, professor Gökalp Öner plastik butulkalardakı suyun əslində heç də təmiz olmadığını deyib. Onun sözlərinə görə, ondan istifadə etmək bədəndə kiçik və görünməyən plastiklərin yığılmasına səbəb olur. Kolumbiya Universitetinin tədqiqatçısı Beizhan Yanın rəhbərliyi ilə 2018-ci ildə plastik butulkalar üzərində başlayan araşdırma 2024-cü ilin yanvarında tamamlanıb. Araşdırma 11 fərqli ölkə markası tərəfindən qablaşdırılan və bazarlarda satılan suyun əvvəllər təxmin ediləndən 10-100 dəfə çox plastik hissəciklər ehtiva edə biləcəyini ortaya qoyub. Bundan əlavə, mikroskop altında görünməyəcək qədər kiçik olan və sonsuzluğa səbəb olacaq nanohissəciklərin varlığı ilk dəfə aşkarlanıb. Plastik su qabları insan sağlamlığına mənfi təsir göstərir.

“Məlumdur ki, nanoplastiklər həzm sistemindən və ya ağciyər toxumalarından qana keçəcək, zərərli sintetik kimyəvi maddələri bədənə və hüceyrələrə yayacaq qədər kiçikdir. Bundan başqa, bu nanoplastiklər insan sağlamlığı baxımından ən çox narahatlıq törədən plastik çirklənmədir. Mütəxəssislər bu vəziyyətin son dərəcə zərərli olduğu qənaətindədirlər”, - deyə Gökalp Öner əlavə edib.

Paylaş: