Plankton Tekirdağda dənizin rəngini narıncıya çevirib
Tekirdağda dənizin bəzi yerlərində yalnız mikroskopla görülə bilən canlıların (plankton) yaratdığı rəng dəyişməsi davam edir.
Təxminən 10 gündür ki, Tekirdağ sahillərində havalar isindikcə tezliyi artan rəng dəyişikliyi müşahidə edilir.
Qayıqların geri çəkilməsi nəticəsində durğun ərazinin yarandığı balıqçı sığınacağında da görülən planktonun yayılması bölgədəki təxminən 20 kvadratmetrlik dənizin rəngini narıncıya çevirib.
Tekirdağ Namık Kamal Universitetinin professoru Deniz Şirin dəniz suyunun istiliyinin artması ilə əlaqədar planktonların çoxalmasının təbii bir proses olduğunu bildirib.
Bunun planktonların çoxalması və qlobal iqlim dəyişikliyinin nəticəsi olduğunu izah edən Şirin suyun rənginin dəyişməsinin heç bir mənfilik yaratmadığını bildirib.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...