Planetlərin paradı yaxınlaşır
2024-cü il üçün planetlərin paradı iyunun 3-nə təsadüf edir. Bu zaman 6 planet - Merkuri, Mars, Yupiter, Saturn, Uran və Neptun sübh səmasında bir xətt üzrə düzüləcək.
Bu barədə N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.
Planetlərin paradı dedikdə planetlərin səmada eyni vaxtda bir xətt üzrə düzülməsi nəzərdə tutulur. Planetlərin Günəş ətrafında dolanma periodları və konfiqurasiyaları fərqli olduğundan bu hadisə müəyyən vaxtlarda baş verir.
Gecə saatlarında yüksələcək Saturn (1.1m) kifayət qədər parlaqdır və onu adi gözlə rahat görmək mümkün olacaq. Planet həmin gün Dolça bürcündə yerləşəcək.
Gecənin ikinci yarısında Neptun (7.9m) və Mars (1.0m) Balıqlar bürcündə görünəcək. Neptun adi gözlə görmək üçün zəifdir, onu müşahidə etmək üçün kiçik teleskop və yaxud binokla ehtiyac var. Mars planetini isə qırmızımtıl rənginə görə asanlıqla ayırd etmək olacaq.
Daha sonra səhər saatlarında Buğa bürcündə yerləşən Uran (5.8m), Yupiter (-2.0m) və Merkuri (1.4m) şərq səmasına yüksəlməyə başlayacaq. Yupiter parlaq olduğundan onu səmada asanlıqla ayırd etmək mümkündür. Merkurini böyüdücü alətlər olmadan da görmək olar. Uran isə adi gözlə seçilmir.
Planetlərin paradı səhər demək olar ki, planetin istənilən nöqtəsindən görünməyinə baxmayaraq, ideal müşahidə tarixi coğrafi məkandan asılı olaraq dəyişə bilər. Bunun üçün müxtəlif tətbiqlərdən istifadə etmək məqsədəuyğundur. Planetlərin paradı bir günlə məhdudlaşmır, bu tarixdən əvvəl və sonra bir neçə gün çəkə bilər. Nəzərə almaq lazımdır ki, Yupiter və Merkuri üfüqə yaxın yerləşəcəklər.
Dayanıqlı İnkişaf Məqsədləri və...
Burkina Fasonun nümayəndə heyəti...
Dövlət Gömrük Komitəsi xidmətə qəbul...
Bu gün Ümumdünya Fəlsəfə Günüdür...
Türkiyənin media mənsubları Ədəbiyyat...