Peyklər ozon təbəqəsi üçün zərərlidirmi?
Texnologiya lideri İlon Maskın Starlink peykləri yeni bir araşdırmaya görə, orbitlərini tərk edərkən Yerin qoruyucu ozon təbəqəsini təhdid edir.” SpaceX” indiyədək 6 mindən çox peyk buraxıb və qarşıdakı dövrdə daha 12 min peyk buraxacağı gözlənilir.
Tədqiqatçılar isə xəbərdarlıq ediblər ki, İlon Maskın Starlink peykləri ozon təbəqəsini zədələyə bilər.Araşdırmaya görə, “SpaceX”in Starlink kimi meqa peyk şəbəkələri atmosferə ozon təbəqəsini məhv edə biləcək miqdarda alüminium oksid qazı buraxır.
Alimlər qlobal internetə tələbatın peyklərin buraxılmasını sürətləndirməsindən xüsusilə narahatdırlar. Onlar peyklərin yenidən daxil olmasının ətraf mühitə təsirlərinin hazırda tam başa düşülmədiyini irəli sürürlər.
Qeyd edək ki, “SpaceX”in daha 12 min Starlink peykini buraxmaq icazəsi olduğu halda, Amazon və digər texnologiya nəhəngləri də yaxın illərdə minlərlə peyk buraxmağı planlaşdırır.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...