Pestisid və aqrokimyəvi maddələrdən istifadə zamanı nələrə diqqət olunmalıdır?
Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bitki mühafizə vasitəsi, pestisid və bioloji preparatların istehsalı, idxalı, ixracı, daşınması, saxlanılması, satışı və tətbiqi ilə bağlı qaydalara əməl olunması, baş verə biləcək təhlükələrin qarşısının alınması və digər zəruri tədbirlərin icrası məqsədilə əhali arasında geniş təbliğat-təşviqat işlərini davam etdirir.
Fhnews.az xəbər verir ki, Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, həyata keçirilən tədbirlər çərçivəsində pestisidlərlə bağlı yeni maarifləndirici videoçarx hazırlanıb. Videoçarxda pestisidlər, pestisidlərin daşınması, saxlanması və tətbiqi qaydaları haqqında ətraflı məlumat verilib. Eyni zamanda pestisidlərlə işləyən zaman istifadə edilməli olan geyimlər, pestisidlərin təsirinə məruz qalan şəxslərə yardım göstərilməsi üsulları, eləcə də yararlılıq müddəti bitmiş pestisidlərin dövriyyədən çıxarılması barədə məlumatlar əks olunub.
Qeyd edək ki, ölkəmizdə qida məhsullarında pestisidlərin qalıq miqdarının təyini sınaqları beynəlxalq standartlara uyğun aparılır. Qida Təhlükəsizliyi İnstitutunun Milli Referens Laboratoriyasında 600-ə yaxın pestisid qalığının təyini həyata keçirilir.
Pestisidlərlə bağlı hazırlanan maarifləndirici videoçarxla bu link vasitəsi ilə tanış olmaq mümkündür.
Braziliya rəsmisi: Meşələrin qorunması...
Qətər rəsmisi: Azərbaycanla əlaqələr...
Audiovizual Şura platforma...
COP29-da Ermənistanın ərazilərimizdə...
COP29 çərçivəsində SPECA İqlim Ağıllı...