Perunun cənubunda avtobusun qəzaya uğraması nəticəsində ölənlərin sayı 26-ya çatıb
Perunun cənubundakı Ayakuço bölgəsində magistral yolda avtobusun qəzaya uğraması nəticəsində ölənlərin sayı 26-ya çatıb.
Fhnews.az xarici mediaya istinadla xəbər verir ki, bu barədə “Latina Television” kanalı məlumat yayıb.
“Empresa Turismo Molina Union SAC” şirkətinə məxsus avtobus yoldan çıxaraq Los Libertadores şosesində Paras rayonu ərazisindən keçən yerdə təxminən 200 metr dərinlikdəki dərəyə düşüb.
Milli Polisin Yol Mühafizəsi Departamentinin rəhbəri Conni Rolando Valderramanın sözlərinə görə, avtobusda təxminən 40 sərnişin olub.
Qəza yerinə yerli səhiyyə müəssisələrindən, Yanğından Mühafizə Xidmətindən və Polis Səhiyyə Xidmətindən beş təcili yardım maşını göndərilib.
Hadisə ilə bağlı araşdırmalar davam edir.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...