Peruda musiqiçiləri daşıyan avtobus dərəyə aşıb, doqquz nəfər ölüb
Perunun Tarma əyalətində avtobusun 200 metr hündürlükdən dərəyə aşması nəticəsində azı 9 nəfər ölüb.
Fhnews.az xəbər verir ki, bu barədə “RPP” radiostansiyası məlumat yayıb.
Qeyd olunub ki, avtobusda olan xalq orkestrinin musiqiçiləri Limaya konsert vermək üçün gedirlərmiş.
Ümumilikdə avtobusda 20 musiqiçi olub, onlardan 8-i ölüb, daha 12-si yaralanıb. Qeyd olunub ki, sürücü nəqliyyat vasitəsini digər avtomobillə toqquşmadan yayındırmağa çalışıb.
Nəticədə idarəetmədən çıxan avtobus dərəyə aşıb. Qəzada həmçinin sürücü də ölüb.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...