22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Peruda 5,1 bal gücündə zəlzələ olub

19-02-2024

ABŞ Geoloji Xidməti episentri Perunun Ankaş bölgəsindəki Çimbote şəhəri olan 5,1 bal gücündə zəlzələnin yerin 55,8 kilometr dərinliyində baş verdiyini bildirib. Ankas Regional Fövqəladə Hallar Əməliyyat Mərkəzi tərəfindən ölkə sahillərində sunami xəbərdarlığının verilmədiyi açıqlanıb. 

Zəlzələnin Casma və Huarmey şəhərlərində orta intensivlikdə hiss edildiyi bildirilib.Verilən məlumatlarda can və ya mal itkisinin olmadığı ifadə edilib.

Qeyd edək ki, Peru dünyadakı ən çox seysmik hərəkət edən "Alov halqası" olaraq bilinən Sakit Okean Seysmik Bölgəsində yerləşir.

Paylaş: