Pentaqon: ABŞ Ukraynanı hərbi texnika ilə təmin etməyə davam edir
ABŞ USAI proqramı çərçivəsində bazardan aldığı hərbi texnikanı Ukraynaya tədarük etməyə davam edir.
Fhnews.az xəbər verir ki, bu barədə Pentaqonun sözçünün müavini Sabrina Sinq bildirib.
Onun sözlərinə görə, USAI daxilində bəzi müqavilələr uzunmüddətlidir.
“Özümdə tam siyahı yoxdur, amma bəzi müqavilələr illərdir davam edir. Beləliklə, bəli, Ukraynaya bəzi tədarüklər davam edəcək”, - deyə o, bildirib.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...