Paytaxtda uşaq bağçası istifadəyə verilib
Bakı şəhəri Ramana qəsəbəsində 347 nömrəli körpələr evi-uşaq bağçası istifadəyə verilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən verilən məlumata görə, yeni istifadəyə verilən uşaq bağçasında ümumilikdə 7 qrup fəaliyyət göstərir. Uşaq bağçasında 130 uşağın təlim-tərbiyəsi ilə 33 nəfər işçi məşğul olur.
Tədbirdə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin şöbə müdiri İlahə Rəsulova çıxış edərək ölkəmizdə təhsilin inkişafına göstərilən dövlət qayğısından söz açıb. Bu baxımdan məktəbəqədər təhsil müəssisələri şəbəkəsinin genişləndirilməsi, mövcud müəssisələrdə infrastrukturun davamlı olaraq yenilənməsi və uşaqların təlim-tərbiyəsi üçün şəraitin yaxşılaşdırılması istiqamətində mühüm işlər görüldüyü diqqətə çatdırılıb.
Qeyd edək ki, “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda nəzərdə tutulmuş fəaliyyət istiqamətlərindən biri məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsi və keyfiyyətinin yaxşılaşdırılmasıdır.
Dayanıqlı İnkişaf Məqsədləri və...
Burkina Fasonun nümayəndə heyəti...
Dövlət Gömrük Komitəsi xidmətə qəbul...
Bu gün Ümumdünya Fəlsəfə Günüdür...
Türkiyənin media mənsubları Ədəbiyyat...