Paytaxtda piyada təhlükəsizliyinin təmin edilməsi sahəsində maarifləndirici söhbətlər aparılıb
Bakı şəhər Dövlət Yol Polisi (DYP) İdarəsinin əməkdaşları piyada məsuliyyətinin artırılması və onların iştirakı ilə baş verən yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə profilaktik tədbir keçirib.
İdarədən verilən məlumata görə, paytaxtın bir neçə rayonunda təşkil olunan növbəti tədbir zamanı yaxınlıqdakı yerüstü və yeraltı piyada keçidlərindən istifadə etməyən, avtomobillərin intensiv hərəkət etdiyi yolda özləri ilə yanaşı, digər hərəkət iştirakçılarına da ciddi təhlükə yaradan piyadalar saxlanılaraq onlarla maarifləndirici söhbətlər aparılıb, keçdikləri ərazidə baş vermiş ağır yol-nəqliyyat hadisələrinin görüntüləri göstərilib və yol hərəkəti qaydalarına riayət etməyin həyati əhəmiyyəti barədə ətraflı məlumat verilib.
Bakı şəhər DYP İdarəsi piyada intizamının möhkəmləndirilməsinə yönələn tədbirlərin mütəmadi həyata keçiriləcəyini bildirir və hər kəsi cəmiyyətimiz üçün mühüm əhəmiyyət kəsb edən bu məsələdə həmrəy olmağa çağırır.
Braziliya rəsmisi: Meşələrin qorunması...
Qətər rəsmisi: Azərbaycanla əlaqələr...
Audiovizual Şura platforma...
COP29-da Ermənistanın ərazilərimizdə...
COP29 çərçivəsində SPECA İqlim Ağıllı...