Paytaxtda məktəbəhazırlıq qruplarına 24 mindən çox uşaq qeydiyyatdan keçib
Avqustun 21-i saat 13:00-a olan məlumata əsasən, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına 24 min 72 uşaq elektron qeydiyyatdan keçib. Onlardan 21 min 79 nəfəri üçün aktiv sorğu yerləşdirilib.
Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, valideynlər (digər qanuni nümayəndələr) “mektebeqebul.edu.az” elektron sistemi vasitəsilə özünün və övladının şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keçə bilərlər.
Azərbaycan bölməsi üzrə məktəb və müəllim seçimi 16 iyul saat 11:00-dan, digər dillərdə tədris aparılan bölmələr üzrə məktəb və müəllim seçimi isə 18 iyul saat 11:00-dan aktiv edilib.
Məktəbəhazırlıq qruplarına cari ildə 5 yaşı tamam olan uşaqlar (2019-cu il təvəllüdlü) qəbul edilirlər.
Qeyd edək ki, məktəbəhazırlıq qruplarının yaradılmasında məqsəd 5 yaşlı uşaqların məktəb təliminə hazırlığı ilə əlaqədar psixoloji dayanıqlığını artırmaq, əhatə olunduqları aləmə və təhsil mühitinə uyğunlaşdırmaq, onların ünsiyyət və birgə fəaliyyət bacarıqlarına yiyələnməsini təmin etməkdən ibarətdir.
Dayanıqlı İnkişaf Məqsədləri və...
Burkina Fasonun nümayəndə heyəti...
Dövlət Gömrük Komitəsi xidmətə qəbul...
Bu gün Ümumdünya Fəlsəfə Günüdür...
Türkiyənin media mənsubları Ədəbiyyat...