22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Paytaxt üzrə məktəbəhazırlıq qruplarına 22 min 442 uşaq qeydiyyatdan keçib

06-08-2024
IMG

Avqustun 6-sı saat 09:00-a olan məlumata əsasən, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına 22 min 442 uşaq elektron qeydiyyatdan keçib.

İdarədən verilən məlumata görə, valideynlər (digər qanuni nümayəndələr) “mektebeqebul.edu.az” elektron sistemi vasitəsilə özünün və övladının şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keçə bilər.

Azərbaycan bölməsi üzrə məktəb və müəllim seçimi iyulun 16-dan saat 11:00-dan, digər dillərdə tədris aparılan bölmələr üzrə məktəb və müəllim seçimi isə iyulun 18-i saat 11:00-dan aktiv edilib.

Qeyd edək ki, məktəbəhazırlıq qruplarına cari ildə 5 yaşı tamam olan uşaqlar (2019-cu il təvəllüdlü) qəbul edilirlər.

Məktəbəhazırlıq qruplarının yaradılmasında məqsəd 5 yaşlı uşaqların məktəb təliminə hazırlığı ilə əlaqədar psixoloji dayanıqlığını artırmaq, əhatə olunduqları aləmə və təhsil mühitinə uyğunlaşdırmaq, onların ünsiyyət və birgə fəaliyyət bacarıqlarına yiyələnməsini təmin etməkdən ibarətdir.

Paylaş: