22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Partlayış səbəbindən Avropa Parlamentinin üzvlərini daşıyan qatar boşaldılıb

10-10-2024
IMG

Fransanın Strasburq şəhərində keçirilən Baş Assambleya iclasının sonunda Avropa Parlamentinin deputatlarını Brüsselə aparan sürətli qatar texniki nasazlıq səbəbindən partlayış nəticəsində təxliyyə edilib.

“Eurostar” dəmir yolu şirkətindən alınan məlumata görə, çarter qatarı Strasburq-Brüssel səfərinə yola düşdükdən qısa müddət sonra texniki səbəbdən partlayış baş verib.Yanğınsöndürənlər hadisə yerinə yönəldilərkən, deputatlar Parisə göndərilib. Hadisə ilə bağlı bəzi millət vəkilləri sosial şəbəkədə qəzəbli paylaşımlar ediblər.

Qeyd edək ki, AP Baş Assambleyası ayda bir dəfə Brüsseldə deyil, Strasburqda toplanır. Oktyabrın 7-də başlayan sessiyalar bu gün başa çatıb.
Bundan əvvəl parlament üzvlərini daşıyan sürətli qatar səhvən Strasburq yerinə Parisdəki Disneylendə getmişdi. Bu, sosial şəbəkələrdə zarafatlara səbəb olub.

Paylaş: