Parisdə seçkilərdə ifrat sağçıların qələbəsi etirazla qarşılanıb
Fransanın paytaxtı Parisdə Avropa Parlamenti seçkilərində ifrat sağçıların geniş fərqlə birinci olmasından sonra vətəndaşlar küçələrə axışıb.
Yüzlərlə ifrat sağçı əleyhdar nümayişçi Parisin tarixi Respublika meydanına toplaşıb.Nümayişçilər əlləri ilə ritm yaradaraq “Gənclər, ayağa qalx” şüarları səsləndirərək AP seçkilərində ifrat sağçı Milli Birlik Partiyasının birinci olmasına reaksiya veriblər.
Parlamentin buraxıldığı ölkədə nümayişçilər qarşıdan gələn yerli seçkilər çərçivəsində solçu partiyaların birləşməsini tələb ediblər.
Qeyd edək ki, Fransada keçirilən AP seçkilərində ifrat sağçı Milli Ralli partiyası 31,50 faiz səs çoxluğu ilə birinci, prezident Emmanuel Makronun partiyası Rönesans isə 15,2 faiz səslə ikinci olub.
Partiyasının böyük fərqlə məğlub olmasından sonra açıqlama verən Makron nəticələrin Avropanı müdafiə edən partiyalar üçün yaxşı olmadığını etiraf edib və erkən seçkilərin 30 iyun - 7 iyul tarixlərində keçiriləcəyini açıqlayıb.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...