Paris hava limanının əməkdaşları Olimpiada ərəfəsində tətil edəcəklər
Paris hava limanı işçilərinin həmkarlar ittifaqı Olimpiya Oyunları ərəfəsində iyulun 17-də tətil edəcəkləri ilə bağlı xəbərdarlıq yayıb.
Fhnews.az xəbər verir ki, bu barədə həftəlik “La Tribune Dimanche” məlumatda deyilir.
İşçilər iş vaxtından artıq çalışmalarına görə mükafatların verilməsini, həmçinin Olimpiada zamanı əlavə min işçinin işə götürülməsini tələb edirlər. Tətil paytaxtın Şarl de Qoll, Orli və Bove hava limanlarını əhatə edəcək.
Nəşrin qeyd etdiyi kimi, tətillər yüksək səviyyəli xarici qonaqların, o cümlədən dövlət və hökumət başçılarının, eləcə də milyonlarla turistin qəbulunu ciddi şəkildə çətinləşdirə bilər.
Qeyd edək ki, Paris Olimpiadası iyulun 26-dan avqustun 11-dək keçiriləcək.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...