Papua-Yeni Qvineyada sürüşmə zonasında axtarış işləri dayandırılıb
Papua-Yeni Qvineyanın Enqa vilayətində mayın 24-də baş vermiş torpaq sürüşməsi nəticəsində torpaq-palçıq axını və dağıntı altında qalanların axtarışları dayandırılıb.
Fhnews.az xəbər verir ki, bu barədə ərazidə axtarış işlərinə və təhlükəsizliyə cavabdeh olan hərbçilər xarici mediaya açıqlama verib. Hərbçilər ərazidə yeni sürüşmə ehtimalının yaradacağı təhlükə ilə əlaqədar meyitlərin axtarışlarını dayandırmağa qərar verib. Bundan başqa, əraziyə giriş bağlanıb.
Qeyd edək ki, mayın 24-də səhər saat 3 radələrində ucqar Yambali kəndində baş vermiş təbii fəlakət nəticəsində 150 ev torpaq altında qalıb. Bundan başqa 250 ev yararsız hala düşüb. Həmin evlərdən 1250 sakin təxliyə edilib. Torpaq-palçıq axını və dağıntı altında təxminən 2 min nəfərin qaldığı güman olunur.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...