22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Papua Yeni Qvineyada 6,4 bal gücündə zəlzələ olub

02-09-2024
IMG

Papua Yeni Qvineyanın Buqenvil adasında 6,4 bal gücündə zəlzələ baş verib. ABŞ Geoloji Xidməti zəlzələnin episentrinin Panquna şəhərindən təxminən 57 kilometr cənubda olduğunu açıqlayıb.

Təxminən 41 kilometr dərinlikdə baş verən zəlzələdə ilkin məlumatlara görə can və mal itkisi olmayıb.Zəlzələdən sonra sunami xəbərdarlığı olmayıb.

Qeyd edək ki, Papua Yeni Qvineya dünyada zəlzələlərin və vulkanik fəaliyyətlərin əksəriyyətinin baş verdiyi "Sakit Okean Atəş Halqası"nda yerləşir.

Paylaş: