Papua Yeni Qvineyada 6 bal gücündə zəlzələ olub
Papua Yeni Qvineyanın Kimbe sahillərində 6 bal gücündə zəlzələ baş verib.ABŞ Geoloji Xidməti zəlzələnin episentrinin Qərbi Yeni Britaniya əyalətinin Kimbe şəhərindən 121 kilometr şimalda olduğunu açıqlayıb. Təxminən 521 kilometr dərinlikdə baş verən zəlzələdən sonra sunami xəbərdarlığı edilməyib. İlkin məlumatlara görə, zəlzələdə can və ya mal itkisi qeydə alınmayıb.
Qeyd edək ki, Papua Yeni Qvineya Sakit Okeanın "Alov halqası"nda yerləşir, burada dünyada ən çox zəlzələ və vulkanik fəaliyyətlər baş verir.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...