Papua-Yeni Qvineya hökuməti: Torpaq sürüşməsi nəticəsində dağıntı altında 2 mindən çox adam qalıb
Papua-Yeni Qvineya hökuməti ölkənin Enqa vilayətində mayın 24-də baş vermiş torpaq sürüşməsi nəticəsində torpaq-palçıq axını və dağıntı altında 2 mindən çox adamın qaldığını açıqlayıb.
Fhnews.az xəbər verir ki, ölkənin təbii fəlakətlə mübarizə qurumunun BMT-yə ünvanlandığı məktubda dağıntı altında qalanların təxmini sayı, habelə dağılan evlər, iqtisadiyyata dəyən ziyan barədə məlumat əksini tapıb.
Hazırda ucqar Yambali kəndində baş vermiş təbii fəlakət nəticəsində dağıntı altında qalanların çıxarılması işləri davam edir. Mayın 26-dək cəmi 5 meyit və bir neçə bədən hissəsi tapılıb. Axtarış işlərinə yerli inşaat işləri aparanların verdiyi cəmi bir ekskavator cəlb olunub.
Paytaxtdan Yambaliyə gedən yolun tayfalararası münaqişələr səbəbindən bağlanması yardım işlərinə mane olmaqla yanaşı, sakinlərə ərzaq və digər gündəlik tələbat mallarının çatdırılması işini çətinləşdirib.
Hər ötən saat dağıntı altında qalanların yaşaması ümidini azaldır. Hökumət hələlik beynəlxalq dəstək üçün müraciət etməyib.
Yerli vaxtla səhər saat 3 radələrində baş vermiş təbii fəlakət nəticəsində 150 ev torpaq altında qalıb. Bundan başqa 250 ev yararsız hala düşüb. Həmin evlərdən 1250 sakin təxliyə edilib. Onların çoxu sığınacaqla təmin olunmayıb.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...