Panama kanalında 22 milyon il əvvəl yoxa çıxan meşə yenidən aşkar edilib
Alimlər Panama kanalında vulkan püskürməsi nəticəsində daşlaşmış ağac qalıqlarını aşkar ediblər. Bu manqrov ağaclarının nəsli kəsilib və onların yeganə növləri Asiyada mövcuddur. Kül, qaya və suyun boğucu qarışığı olan vulkanik "lahar" meşəni bürüyüb və ağacların fosilləşməsinə səbəb olub.
Smithsonian Tropik Tədqiqat İnstitutunun alimləri Barro Kolorado adasında bir vaxtlar suyun kənarında böyümüş ağacların daşlaşmış qalıqlarını müəyyən ediblər.Ümumilikdə 121 ədəd qorunub saxlanmış ağac parçası nümunələri öz unikal xüsusiyyətlərinə görə fərqlənir. Alimlər çoxdan itirilmiş meşəni yenidən kəşf etməklə yanaşı, onun bu gün Yer kürəsində görünməyən ağac növündən ibarət olduğunu da müəyyən ediblər.
Fosillər göstərir ki, tək bir kütləvi vulkan püskürməsi su, palçıq, kül və qayanın şiddətli lahar axınına səbəb olub. Lahar yaş beton kimi inanılmaz sürətlə axır və keçdiyi əraziyə dərhal təsir edir. Laharın suları canlıların içinə sızaraq onların toxumalarını daşlaşdırdıqda, yaxşı qorunmuş fosillər ortaya çıxır. Alimlər fosilləri Barro Kolorado adasındakı bir çayda tapıblar. Tədqiqatçılar ağacların 40 metrə qədər yüksəldiyi ərazidə manqrov meşəsinin böyüdüyünü deyirlər.
Çöküntü nümunələri meşənin duz və şirin suyun qovuşduğu ərazidə böyüdüyünü, manqrovlar üçün ideal şərait olduğunu göstərir. Bölgədə başqa ağac qalıqlarının olmaması digər növlərin bu yaşayış mühitində yaşamasının çətin olduğunu deməyə əsas verir.Tədqiqatçılar belə qənaətə gəliblər ki, qədim növlər müasir manqrov ağaclarından daha böyük hündürlüyə çata bilərdi.
Alimlər ağaca "Sonneratioxylon barrocoloradoensis" adını veriblər.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...