22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Paleontoloqlar İspaniyada qədim pişikkimilərin yeni növünü aşkarlayıblar

01-02-2024

İspaniya Təbiət Elmləri Milli Muzeyindən olan paleontoloqlar qrupu (CSIS) Madrid yaxınlığında pişikkimilər fəsiləsinin əvvəllər məlum olmayan növünün daşlaşmış qalıqlarını aşkarlayıb.

Fhnews.az xarici mediaya istinadla xəbər verir ki, tədqiqat “Journal of Vertebrate Paleontology” (JVP) elmi jurnalında dərc edilib. Alimlərin sözlərinə görə, tapıntı Orta Miosen dövrünə aiddir və onun yaşı 15,5 milyon il müəyyən edilib. O, heyvanın aşağı çənəsinin təxminən tam yarısından ibarətdir və kəsici dişlərdən başqa bütün dişlər yerindədir.

Daşlaşmış heyvan qalığı göstərib ki, onun sahibi yeni növə aiddir və onu “Magerifelis peignei” adlandırıblar. Tədqiqatçılar araşdırıblar ki, bu pişiklər müasir növlərin, o cümlədən olduqca nadir növ olan Pireney və ya İberiya vaşaqının daxil olduğu qohum növlərə aiddir.

“Magerifelis peignei”lər 8 kiloqramdan bir qədər az, təxminəm müasir ev pişiyindən iki dəfə ağır çəkidə yırtıcı heyvanı təsvir edir. Bu heyvanların qeyri-adi böyük və möhkəm çənələri və çox güclü qapma qabiliyyəti olub ki, bu da onlara nisbətən iri ovun boğazını çeynəmək imkanı verirdi. Bundan başqa “Magerifelis peignei”lər ehtimal ki, nərildəməyi bacarmır, əvəzində miyoldaya bilirdilər.

Paleontoloqların sözlərinə görə, bu kəşf alimlərə pişikkimilər fəsiləsinin təkamülündə boşluqları doldurmaq imkanı verəcək.

Paylaş: