Pakistanın Pəncab əyalətində havanın çirklənməsi rekord həddə çatıb
Havanın çirklənməsi Pakistan əhalisinin yarıdan çoxunun yaşadığı Pəncabda həyata mənfi təsir göstərməkdə davam edir.
Pəncabın bəzi şəhərlərində hava çirkliliyinin rekord həddə çatması səbəbindən parklar, zooparklar, muzeylər və tarixi yerlər noyabrın 17-dək bağlanıb.
Pəncab əyalətinin rəsmisi Marriyum Aurangzeb keçirdiyi mətbuat konfransında Lahor, Qucranvala, Faisalabad və Multan şəhərlərində ibtidai və orta məktəblərin noyabrın 17-dək bağlanacağını açıqlayıb. Şəhərlərdə maska taxmağın məcburi olduğu bildirilib.
Qeyd edək ki, oktyabrın 30-da Pəncab hökuməti Lahorda intensiv hava çirkliliyi olan ərazilərdə havanın keyfiyyətini aşağı salan fəaliyyətlərə məhdudiyyətlər qoyub.
Hava Keyfiyyəti İndeksinin məlumatlarına görə, şəhərdə havanın çirklənmə səviyyəsi Ümumdünya Səhiyyə Təşkilatının məqbul hesab etdiyi səviyyədən 40 dəfə yuxarı qalxıb və Lahor dünyada havanın çirklənməsinin ən yüksək səviyyəsinə malik şəhər olub.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...