22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Pakistanın keçmiş baş naziri ilə bağlı qərar

08-01-2024

Pakistan Ali Məhkəməsi  2017-ci ildə Panama sənədlərinə görə korrupsiya ittihamı ilə vəzifəsindən uzaqlaşdırılan Pakistanın 74 yaşlı keçmiş baş naziri Navaz Şərifin ömürlük seçki qadağasını ləğv edib.

Fhnews.az xəbər verir ki, Pakistan Ali Məhkəməsinin 7 hakimdən ibarət kollegiyası 1 əleyhinə 6 səslə cinayət məsuliyyəti olan şəxslərin seçkilərdə ömürlük iştirakına mane olan qadağanın ləğvini qəbul edib. Konstitusiyanın bəzi müddəalarına görə məhkum edilmiş siyasətçilərin ömürlük namizədliyini qadağan edən 2018-ci il tarixli əvvəlki qərar Ali Məhkəmə tərəfindən ləğv edilib.

Baş hakim Qazi Faez İsa açıqlamasında bildirib ki, ömürlük seçki qadağaları vətəndaşların seçkilərdə iştirak etmək və seçdikləri namizədə səs vermək əsas hüququnu məhdudlaşdırır.

Fevralın 8-də ölkədə keçirilməsi planlaşdırılan ümumi seçkilərdə Nəvazın partiyası olan Pakistan Müsəlman Liqası-Nəvaz namizəd göstərilib. Bu qərar Nəvazın dördüncü dəfə baş nazir postuna namizədliyini irəli sürməsinə yol açıb. Haqqında açılan istintaq çərçivəsində 10 ay həbsdə qalan Navaz Şərif 2019-cu ilin noyabrında səhhətində yaranan problemlə əlaqədar azadlığa çıxdıqdan sonra İngiltərənin paytaxtı Londona gedib. Şərif 4 ildən sonra 2023-cü ildə ölkəsinə qayıdıb.

Paylaş: