Pakistanın baş naziri Şahbaz Şərif and içib.
Pakistan Milli Assambleyasında keçirilən səsvermədə yenidən baş nazir seçilən 72 yaşlı Şahbaz Şərif bu gün paytaxt İslamabadda Prezident Arif Alvinin iştirakı ilə keçirilən mərasimdə and içərək vəzifəsinin icrasına başlayıb.
Dünən 336 yerlik Milli Məclisdə keçirilən səsvermədə 3 müddət ölkənin baş naziri olmuş Nəvaz Şərifin qardaşı Şahbaz Şərif 201 səslə ölkənin 24-cü baş naziri seçilib. Pakistanda fevralın 8-də keçirilən ümumi seçkilərdə həbsdə olan keçmiş baş nazir İmran Xanın dəstəklədiyi müstəqil namizədlər 92 mandat qazanaraq birinci, Şərifin rəhbərlik etdiyi Pakistan Müsəlman Liqası-Nəvaz (PML-N) isə seçkilərdə ikinci olub. Partiyalar hökuməti qurmaq üçün lazımi sayda 134 yerə çata bilmədikdən sonra PML-N və Pakistan Xalq Partiyası (PPP) koalisiya hökuməti qurmağa razılaşıb.
Pakistanda 2018-ci ildə keçirilən son ümumi seçkilərdə qalib gələn keçmiş baş nazir İmran Xanın hökuməti 2022-ci il aprelin 10-da parlamentdə etimad səsverməsini itirib. Parlamentdə keçirilən səsvermədə Şahbaz Şərif əksəriyyətin dəstəyi ilə baş nazir seçilib və 2023-cü ilin avqust ayına kimi vəzifəsində qalıb. Daha sonra Ənvaarul Hak Kakar ümumi seçkilərə qədər ölkəni idarə edəcək müvəqqəti hökumətin baş naziri olub. Pakistanda Milli Assambleyada 266 yer birbaşa seçilir, 70 yer isə qadınlar və azlıq qrupları üçün ayrılıb.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...